Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub, sürücü qaçıb
05.03.2018 951 0

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlunu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili vurub.
Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır./Report/
Digər xəbərlər:
Şərhlər