Bakıda yol qəzası törədərək avtomobilini aşıran sürücü hadisə yerindən uzaqlaşıb - VİDEO
19.11.2019 482 0.0 0

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Qazeta.info APA istinadla xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə srət yarışına çıxıb.

Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar