Bakıda yaşanan təhlükənin anbaan görüntüsü
26.02.2018 1554 0.0 0

Avtobus sürücü həm sərnişinlərin, həm də sürücülərin həyatını təhlükəyə atıb.

Sosial şəbəkələrdə avtobus sürücülərinin qayda pozuntularını əks etdirən videogörüntülər tez-tez paylaşılır. Bu gün daha bir kobud qayda pozuntusu törədən avtobus sürücüsünün videosu sosial şəbəkələrdə yer alıb.

Bildirək ki, hadisə səhər saatlarında baş verib. Belə ki, 39 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Yasamal rayonu ərazisində — Məhəmməd Xiyabani və Şərifzadə küçələrinin kəsişməsində kobud qayda pozuntusuna yol verib. Məhəmməd Xiyabani küçəsi ilə hərəkət edən avtobus nəqliyyatın hərkətinin sıx vaxtında qarşı hərəkət zolağına çıxıb və işıqforun qırmızı işığına məhəl qoymadan Şərifzadə küçəsinə dönüb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev yayılan video ilə bağlı araşdırma apardıqlarını bildirib./sputnik/

 


Digər xəbərlər:
Şərhlər
avatar