Bakıda yanmış polis meyiti tapıldı
18.04.2015 714 0.0 0
Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb.

 

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən  verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb.

 

Araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib. Hadisənin qətl olub-olmaması üzərində araşdırmalara başlanılıb. Polis əməkdaşının yandırılaraq qətlə yetirilməsi də istisna edilmir.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar