Bakıda yağan leysandan sonra 17-si azyaşlı olmaqla 35 nəfər təxliyyə edilib
29.09.2016 482 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 28 sentyabr 2016-cı il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdır.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunmuşdur.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunmuşdur.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar