Bakıda valideyn müəllimi polisə şikayət edib- Qızının görüntülərinin yayılmasına görə
22.02.2018 1129 0.0 0

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Qazeta.info bildirir ki, “Report” məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar