Bakıda üzərində xəsarətlər olan meyit tapılıb
11.03.2017 1202 0.0 0

Bakı küçələrindən birində kişi meyiti tapılıb.

 

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyiti aşkar edilib. Onun ölməzdən əvvəl sərxoş olduğu və aldığı kəllə-beyin travmasından dünyasını dəyişdiyi ehtimal edilir.

 

Baş vermiş hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar