Bakıda üç uşaq anasını öldürən şəxsin məhkəməsi başlayıb
09.09.2019 686 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Mediada yayılan məlumata görə, araşdırma zamanı K.Mikayılovanın sevgilisi tərəfindən öldürüldüyü müəyyən edilib. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacağı gün Kəmalə sevgilisi -1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə edib. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasınca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq istintaqa cəlb edilib.

F.Abuşov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar