Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib
19.03.2018 941 0.0 0

Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib.

Qazeta.info "Report"un əsasən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Rayon ərazisində yarımtikilidə usta kimi fəaliyyət göstərən 1983-cü il təvəllüdlü Balakişiyev Ədalət Fazil oğlu naməlum səbəbdən çalışdığı yerdə ölüb. Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Ölümün dəqiq səbəblərini araşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisənin səbəbləri araşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar