Bakıda tibb mərkəzindən pul oğurlayan şəxslər tutulub
29.12.2019 563 0.0 0

Bakıda tibb mərkəzindən pul oğurlayan şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar