Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb
09.12.2019 507 0.0 0

Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində “VAZ-2107” markalı avtomobil 45 yaşlı Akif Əzimovu vuraraq xəsarət yetirib. Yaralının yaxınlarının dediyinə görə, hadisəni törədən sürücü yaralı A.Əzimovu avtomobilinə mindirərək naməlum istiqamətə aparıb. Zərərçəkənin qohumları bildiriblər ki, paytaxtın xəstəxanalarına, morqlara və polis idarələrinə müraciət etsələr də, heç bir yerdən A.Əzimovla bağlı məlumat ala bilməyiblər.

Hazırda yaxınları A.Əzimovun axtarışına başlayıblar.

Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar