Bakıda söyüş söyən qadın maşından çıxarılaraq zorla polisə aparıldı- VİDEO +18
18.08.2017 1568 0.0 0

Bakının mərkəzində polislə qadın arasında insident yaşanıb. Polis ona tabe olmayan xanımı zorla post-patrul avtomobilinə mindirərək aparıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Fəvvarələr Meydanında yerləşən ''Otto'' gecə klubunun qarşıısnda baş verib. ''Niva'' markalı 10 NJ 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını arxaya sürən zaman post-patrul avtomobili gəlib. Polis əməkdaşı sürücüyə maşını arxaya verməsini istəyib. Sürücü isə buna etiraz edib. Bu zaman polislər maşından düşərək sürücünü maşına mindiriblər. ''Niva''da olan qadın buna etiraz edən zaman qızı zorla, qışqırdaraq maşına basıblar.

Hadisə şahidləri bildirdi ki, ''Niva''nın sürücüsün günahsız olub. Polis maşını onunla kobud danışaraq qarşısından çəkilməsini istəyib./ Criminal.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar