Bakıda şok intihar - Yüksək rütbəli polisin oğlu özünü 5-ci mərtəbədən atdı
11.07.2019 570 0
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.
Qazeta.info Oxu.az-ın məlumatına əsasən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər