Bakıda sərnişini yıxan avtobus sürücüsü həbs edildi
04.08.2015 650 0.0 0

Avustun 2-də Yasamal rayonu ərazisində 39 saylı marşrut xəttininin qapısını açıq saxlayaraq Ağsu rayon sakini Xəzəngül Sadıxovanın yıxılmasına səbəb olan sürücü Taleh Məmmədov həbs edilib. 

ABakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğuna istinadən verilən məlumata görə, avqustun 2-də paytaxtda Yevlaxrayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi “İsuzu” markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin, yıxılıb. 

“Kəllə-beyin travması” diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova həmin gün orada vəfat edib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

T.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilməklə sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən aidiyyəti şəxslərin hüquqi məsuliyyət məsələsi araşdırılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar