Bakıda sərnişin metroda öldü
12.04.2022 271 0.0 0

Bakıda metroda ölüm hadisəsi baş verib.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.

"Təxminən səhər saat 06:30-da yaşlı bir kişi "Əhmədli" stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

 

 

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb".

Ölən şəxs Bakı şəhər sakini,1955-ci il təvəllüdlü Zülfəli Kazımovdur. Həkimlərin rəyinə əsasən o, ürək tutmasından vəfat edib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar