Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub
27.04.2019 427 0.0 0

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb. 

Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib, araşdırma aparılıb. 

Qeyd edək ki, 171 saylı sərnişin avtobusu daha əvvəl də "Mercedes"lə toqquşub .


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar