Bakıda sərnişin avtobusu qəzaya düşdü, yaralılar xəstəxanaya yerləşdirildi
21.11.2019 151 0.0 0

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Səbail rayonunun Sahil qəsəbəsi, 20-ci sahə ərazisində baş verib.

Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. Xəsarət alanlar - 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Daha bir sərnişin - 17 yaşlı oğlana yerində yardım edilib.


Digər xəbərlər:
Şərhlər
avatar