Bakıda ruhi əsəb dispanserində 3 gündə 3 ölüm faktı qeydə alınıb
16.02.2018 858 0.0 0

 1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 3 nəfər xəstəlikdən ölüb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.

Belə ki, dispanserdə müalicə olunan 1939-cu il təvəllüdlü Pariyoviç Ramala Aleksandrovna fevralın 12-də, 1972-ci il təvəllüdlü Salmanov Elşad Arzu oğlu fevralın 14-də və 1986-cı il təvəllüdlü İsmayılov Eldəniz Asif oğlu fevralın 15-də dünyasını dəyişib. Onların uzun sürən xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Hər üç ölüm faktı ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar