Bakıda restoranda yanğın olub
13.09.2016 645 0.0 0

 Bakıda yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan restoranının tüstü bacasında yağ qalıqları, ətrafında şüşə-pambıq üzlüyü və taxta tullantıları yanıb.

 

Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar