Bakıda qonaq ev sahibini döyüb
12.08.2017 709 4.0 0

Bakıda döyülmə hadisəsi baş verib.

Məlumata görə, hadisə Suraxanı rayonunda, İkinci Mədən küçəsi, ev 55-də baş verib.

Qəsəbə sakini, 44 yaşlı Çingiz Hacəliyev yaşadığı mənzildə evinə qonaq gələn tanışı ilə dava edib. Dava zamanı o, xəsarət alıb.

Fakt Suraxanı Rayon Polis İdarəsində araşdırılır. /Report/


Digər xəbərlər:
Şərhlər
avatar