Bakıda qarın sancısından əziyyət çəkən kişi xəstəxanada ölüb
28.02.2017 1091 0.0 0

 Bakıda qarın sancısından əziyyət çəkən kişi xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, qarın sancısı səbəbindən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən təxminən 60 yaşlı kişi ölüb. Onun nə səbəbdən öldüyünün araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinə təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanın əməkdaşları meyitin kimliyini araşdırır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar