Bakıda qadın yaşadığı evdə öldürüldü
24.02.2022 272 0.0 0

Xəzər rayonu ərazisində Sevinc Cəfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

 Qazeta.info Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına gəsasən bildirir ki, fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 
Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar