Bakıda qadın ərinin 17 min manatını oğurladı
03.03.2022 353 0
Bakıda qadın evindən 17 mina manat oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə fevralın 28-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərin birindən 17.000 manat pul və mobil telefonun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun ev sahibinin arvadı tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
Araşdırma aparılır.
Digər xəbərlər:
Şərhlər




