Tarix: 07.12.2016,   Saat: 01:51, Çərşənbə.          

Bakıda qadın 5 yaşlı oğlunu qətlə yetirdi - Dini ayin zamanı

Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.

Qazeta.info bildirir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Məlum olub ki, uşağı “Yehovanın şahidləri” dini təriqətinin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

N.Qulubəyova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



  Bölmə: Xəbər | Baxış sayı: 336 | Tarix: 12.10.2016, 22:00


Xəbərlər