Bakıda qəzaya düşən avstriyalı idmançıdan xəbər var
14.06.2015 1205 0.0 0

“Avropa Oyunlarının Bakıda keçirilməsi, həqiqətən də çox böyük zəfərdi. Avropa Oyunlarının açılış mərasiminin özü də təntənəli zəfərdi. Yarışda qazandığımız uğurlar bizim üçün fəxrdi”.

Qazeta.info-nun məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
 
Bu gün I Avropa Oyunlarının ilk medalçıları ilə keçirilən görüşdən sonra Hüseynzadə jurnalistlərin suallarını cavablandırıb.
 
O, Bakıda qəzaya uğrayan avstriyalı idmançılarla bağlı da fikir bildirib: “Onlar haqda informasiyamız var. Dünən aldığımız məlumata əsasən, xəsarət alan idmançı üzərində əməliyyat aparılıb. Əməliyyat prosesi uğurlu keçib. Qız artıq danışır”.
 
Hüseynzadə məlum hadisə ilə bağlı aparılan istintaq işi ilə bağlı qısa danışıb: “Bu suala istintaq orqanları cavab verə bilərlər”.
 
Qeyd edək ki, iyunun 11-də, saat 8.30-da, I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar