Bakıda pulsuz `wi-fi` şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb
29.11.2016 954 0.0 0

Bakı şəhərində pulsuz "wi-fi" şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub. 

Məlumata görə, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.

"Public free wi-fi" layihəsini reallaşdıracaq Çinin "Huawei" şirkətinin Bakı ofisinin tərəfdaşlarla satış üzrə meneceri Səfər Səfərov "Report"a bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər" dövlət qoruğunda ictimai pulsuz "wi-fi" şəbəkəsi tətbiq olunacaq". 

Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar