Bakıda pulsuz `Wi-Fi` şəbəkəsinə qoşulma sayı 4 milyona çatıb
19.03.2018 800 0.0 0

“Bakı Telefon Rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” şəbəkəsinə 1 il ərzində qoşulma sayı 4 milyona çatıb.

Bu barədə şirkətdən məlumat verilib.

“İctimai Wi-Fi” layihəsi çərçivəsində simsiz şəbəkənin əhatəsinin genişləndirilməsi işləri 2017-ci ilin martından başlayıb.

Bakı şəhəri üzrə 18 məkan ictimai şəbəkəyə qoşulub.

Qeyd edək ki, pulsuz “Wi-Fi” şəbəkəsi Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı, “Ağ şəhər” parkı, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, “Qış” parkı,“Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı və “Nərimanov” parkında fəaliyyət göstərir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar