Bakıda polislərin növbəti tələsi – VİDEO
31.07.2015 1011 0.0 0

Polis sürücünün haqlı olduğunu bildirir.

Bakıda sürücü yol polisinin qanunsuz hərəkətlərini lentə alıb.

Qazeta.info Oxu.Az-a istinadla  xəbər verir ki, lentə alınan görüntülərdə, Biləcəri enişi ilə Natavan küçəsinin kəsişməsində, 10 YP 684 dövlət nömrə nişanlı BMW markalı avtomobildə xidmət aparan polis əməkdaşları xanımın idarə etdiyi 90 CS 639 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobili solda gələn nəqliyyat vasitələrinə yol vermədiyi üçün saxlayıb cərimələyiblər.

Bunu görən sürücülərdən biri, DYP əməkdaşını öz avtomobilinə dəvət edib, onların bu hərəkətinin qeyri-qanuni olduğunu bildirib. 

Sürücü qeyd edib ki, ərazidə bununla bağlı heç bir nişan yoxdur. Polis əməkdaşı sürücünün haqlı olduğunu bildirir və qeyd edir ki, ərazidə müvafiq nişan qurulub, lakin vətəndaşlardan biri həmin nişanı oğurlayıb. 

Maraqlısı odur ki, polis sürücünün haqlı olduğunu bildirsə də, digər yol hərəkət iştirakçısına – “Hyundai Tucson” markalı avtomobilin sürücüsünə cərimə yazıb.

Maraqlı görüntüləri sizə təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar