Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
18.11.2017 1010 0.0 0

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

DİN-in saytına istinadən xəbər verilir ki, hadisə Xətai rayonunun Telnov küçəsində qeydə alınıb. 

Belə ki, noyabrın 17-də saat 22 radələrində Bakı şəhər sakini Mehdi Daşdəmirov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub və nəticədə hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar