Bakıda partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişib
09.04.2022 376 0.0 0

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.

Qazeta.info xəbər verir ki, bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova bildirib.

 

"Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi." deyə Z.Adilova əlavə edib.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location Baku" gecə klubunda baş verən partlayış nəticəsində 1 nəfər, Maya Axundova hadisə yerində, ağır yaralanan Eynullayeva Fərqanə və G.Adbdullayev isə müalicə aldığqları tibb müəssisələrində həyatlarını itiriblər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar