Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb
23.03.2018 857 0.0 0

Paytaxtın Sabunçu rayonu ərazisində dava zamanı bir nəfər ağır xəsarət alıb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə olarkən, 1969-cu il təvəllüdlü Dadaşov Aydın İbrahim oğlu qardaşı ilə mübahisə edib. Nəticədə qardaşı onu döyüb. 

Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar