Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
17.06.2016 849 0.0 0

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Bilal Alxasovun idarə etdiyi “Chevrolet” və Bakı şəhər sakini Camal Məşədiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub və yolun hərəkət hissəsində qalıb. Həmin gün saat 01 radələrində Bakı şəhər sakini Rahib Seyfullayev idarə etdiyi “Niva” markalı avtomobili qeyd edilən avtomobillərə vurub. Nəticədə R.Seyfullayev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar