Bakıda olan erməni: Təhlükəsizlik yüksək səviyyədə təşkil olunub
11.06.2015 998 0.0 0

"Azərbaycanda təhlükəsizlik məsələsi yüksək səviyyədə təşkil olunub". 

Məlumata görə, bunu I Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlmiş Ermənistan yığmasının mətbuat katibi Karen Qiloyan bildirib. 

"Qraçya Rostomyanın rəhbərliyi altında 6 nəfərdən ibarət erməni nümayəndə heyəti artıq Bakıdadır. Mən Oyunlar başa çatanadək Bakıda qalacağam. Erməni idmançıların qohumlarına demək istəyirəm ki, narahatlıq üçün əsas yoxdur", - deyə Karen Qiloyan bildirib.

Qeyd edək ki, paytaxtımızda baş tutacaq I Avropa Oyunları sabah start götürür. Bu gün ermənilərin yunan-Roma güləşçilərinin də Bakıya gələcəkləri gözlənilir. Onların arasında Roman Amoyan, Miqran Arutyunyan, Karapet Çalyan, Maksim Manukunyan kimi idmançılar var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar