Bakıda oğul yaşlı atasını döyüb
10.01.2018 863 0.0 0

 Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlər onun burun sümüyünün sındığını bildirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər:
Şərhlər
avatar