Bakıda oğul bir neçə gün anasının cəsədi ilə mənzildə qalıb
22.04.2017 1030 0.0 0

 Bakıda mənzildə çürümüş qadın cəsədi aşkarlanıb.

Məlumata görə, hadisə Səbayel rayonunda, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidəki mənzillərdən birində 1939-cu il təvəllüdlü Eynullayeva Solmaz Qüdrət qızının çürümüş meyiti aşkarlanıb. Qeyd edək ki, S.Eynullayevanın əqli çatışmazlığı olan oğlu anasının öldüyünü anlamayıb. Bu səbəbdən də o, ahıl qadını yatmış hesab edərək anasının üzünü sellofanla örtüb və bir neçə gün onunla eyni mənzildə qalıb.

S.Eynullayevanın oğlu yalnız bir neçə gün sonra, qadının meyiti çürüməyə başladıqda təcili yardıma müraciət edib. Mənzilə gələn tibb işçiləri 78 yaşlı qadının çürümüş cəsədini aşkar ediblər. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar