Bakıda növbəti mağaza yanğını- `Ağ çiçəyim` gül mağazası yandı- VİDEO
08.07.2019 527 0.0 0

“Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb.

Qazeta.info FHN-in məlumatına əsasən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar