Bakıda normativlərə uyğun olmayan ət obyektləri var (VİDEO)
09.07.2015 679 0.0 0

Qanunsuz ət kəsimi məntəqələri haqda baytarlq idarəsi qəti addımlar atır. Artıq yoxlamalara başlanılıb. Kobud qayda pozuntuları aşkarlanan obyektlərin fəaliyyətinə son qoyulacaq.

ANS TV-nin məlumatına görə, havaların isinməsi istehlak bazarında xüsusilə də açıq yerlərdə ət və ət məhsullarının satışında fəsadlar yaradır.

Temperaturun yüksək olduğu vaxtlarda yol kənarında aparılan kəsim işləri gigiyena və sanitar normalara cavab vermir. Açıq şəraitdə, vitrindən asılan ətlər isə daha tez infeksiyaya yoluxurlar.

Milçək, ağcaqanad, toz ətlərin üzərinə hopur. Bu cür ətlərin kütləvi satılması yüzlərlə, minlərlə istehlakçının həyatını təhlükə altına qoyur.

Patyxatın müxtəlif ərazilərində sanitar-gigiyenik normalara cavab verməyən sallaqxanalara rast gəlmək mümkündür. Yasamal rayonu ərazisində ət satışı ilə məşğul olan Əli Əlizadə isə bununla razı deyil:

“Bizdə suyumuz həmişə gəlir təmiz sudur. Ət də kəsilib soyuducuya gedir və ya cunaya bükürük. İçəridə soyuducu var, bu gündən sabaha ət saxlamırıq”.

Əli açıqlıqda satdığı əti bu gündən sabaha saxlamamaqla mağaza qarşısında səhərdən axşama əti asılı saxlamasına haqq qazandırsa da, heyvanın üzərindəki milçək və digər həşəratlar burada sanitar-gigiyenik qaydaların gözlənmədiyindən xəbər verir.

Bakı Baytarlıq İdarəsi də bu kimi hallarla mübarizə aparırı. İstilərin düşməsilə bağlı idarə gücləndirilmiş iş rejimində çalışır. Bu məqsədlə paytaxtın müxtəlif rayonlarında keçirilən reydlər zamanı iri və xırdabuynuzlu heyvanların hansı şəraitdə kəsilməsi, həkim müayinəsindən keçib-keçməmsi ciddi şəkildə yoxlanılır. Neqativ halla qarşılaşdıqda isə sahibkar cərimə olunur. 

Bu ilin altı ayı ərzində baytarlıq sanitariya qaydalarını pozan 30-a qədər fiziki şəxs cərimə olunub. 6 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb. Müxtəlif mağazalarda gigiyenik-sanitar normalara cavab verməyən ətlər müsadirə olunaraq satışdan çıxarılıb.

Qurum bu kimi ətləri almaması üçün alıcıları diqqətli olmağa çağırır.

“Alıcılar diqqətli olsunlar. Ətin soyuducuda saxlanmasına həkimdən keçməsilə bağlı arayışın olmasına və ətin üstündə möhürün olmasına baxsınlar”, – deyə Bakı baytarliq idarəsinin rəisi Aslan Aslanov bildirib.

Odur ki, ət alarkən diqqətli olun ki, sağlamlığınızı təhlükə altına almayasız./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar