Bakıda möcüzə: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı - VİDEO
13.06.2017 1319 0.0 0

Qaradağ rayonunda 6-cı mərtəbədən yıxılan uşaq heç bir xəsarət almayıb.

 

Bildirək ki, qeyri-adi hadisə paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Ev sakinlərinin gözündən yayınan 2 yaşlı Əli Hüseynli altıncı mərtəbədəki eyvanın pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib. Atası Sadiq deyir ki, uşaq yıxılan vaxtı o, evdə olmayıb.

 

Bundan sonra səsə qonşular gəlib və uşağı torpağın üzərindən götürdükdə gözlərinə inanmayıblar. Onun üzərində heç bir xəsarət olmayıb.

 

Hazırda Hüseynovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur.

 

Bununla belə mütəxəssislər istilərə görə eyvan qapılarının bir çox evdə açıq saxlanıldığını nəzərə alaraq xüsusilə də azyaşlı uşaq olan ev sakinləri diqqətli olmağa səsləyir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:/xezerxeber.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar