Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb
28.09.2016 512 0.0 0

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

F. İsmayılov məhkəmədə həmin gün sərxoş olduğunu etiraf edib: "Mən demişəm ki, metronu partladaram. Amma məlumatda yazılıb ki, guya bomba qoyacağımı demişəm".

 

 

Məhkəmənin baxış iclası oktyabrın 5-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-in 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar