Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb
10.05.2016 810 0.0 0

 

DİN-in saytına istinadən verilən məlumata görə, mayın 9-da saat 03 radələrində Səbail rayonunun Bibiheybət qəsəbəsində Bakı şəhər sakini Nicat Cəfərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
 
Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölənin Bakı şəhər sakini Hikmət Cabbarov olması müəyyən edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar