Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü
01.03.2018 831 0.0 0

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı yerindəcə dünyasını dəyişib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Şərhlər
avatar