Bakıda məşhur restoran yanır
07.02.2022 557 0

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 80 m² sahədə fəaliyyət göstərən "Köz tantuni" kafesinin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 ədəd kondisioner yanıb.
Qazeta.info FHN-in məlumatına əsasən bildirir ki, yanğın zamanı kafedə olan 3 ədəd məişət qaz balonu (hər birinin tutumu 25 litr) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər