Bakıda kişi arvadının başını kəsib
30.03.2017 1232 0.0 0

Bakıda dəhşətli qətl törədilib.

 

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi Pünhan Təbrizli küçəsi ev 10-da yaşayan, 1990-cı il təvəllüdlü İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A. Cəlilova qan itirməsindən ölüb.

 

Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

 

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar