Bakıda iki əsas yolda sürət həddi azaldılıb
13.10.2017 584 0.0 0

Yağış səbəbindən paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında endirilən sürət hədləri artıq bərpa edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

***

saat 09:40

Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə  paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

“Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda vurğulanıb./apa/


Digər xəbərlər:
Şərhlər
avatar