Bakıda içərisində 38200 manat və 300 dollar olan seyf oğurlanıb
03.05.2017 850 0.0 0

Mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən xəbərə görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar./apa/


Digər xəbərlər:
Şərhlər
avatar