Bakıda həbsxanada məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb
23.11.2016 1079 0.0 0

 Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.
Məlumata görə, dava zamanı CM-də cəza çəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib. Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.
Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar