Bakıda gənc oğlan özünü asıb
23.01.2018 842 0

Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.
Qazeta.info "Report" -a istinadlad xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu yaşadığı evdə özünü iplə asaraq intihar edib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Ə.Əliyev ruhi əsəb xəstəliyindən əzab çəkirmiş.
Digər xəbərlər:
Şərhlər