Bakıda gənc oğlan intihar edib
04.04.2016 457 0.0 0

Bakıda intihar hadisəsi baş verib.
 
Qazeta.info bildirir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Emil Hümbətov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar