Bakıda eyni ailənin üç mənzili qarət olunub - FOTO
22.09.2015 622 0.0 0

Bakıda bir gündə eyni ailənin üç mənzili qarət olunub.

Məlumata görə, hadisə Binəqədi rayonu, Mikayıl Ələkbərov küçəsi 2A ünvanındakı həyət evlərində baş verib. Övladları ilə eyni həyətdə yaşayan Yusif Novruzov ailəsi ilə nəvəsinin kiçik toy mərasimində olub. Bundan xəbər tutan naməlum şəxs və ya şəxslər gizli yolla onun həyətinə daxil olaraq, ata və iki oğlunun mənzilini qarət ediblər.
 
Yusif Novruzovun sözlərinə görə, oğrular əsasən qızıl məmulatları aparıblar.
 
Faktla bağlı cinayət işi başlanılıb. Cinayəti törətmiş şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar