Bakıda evdən meyit tapılıb
01.08.2015 1190 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T. Nəcəfovun vəfat etdiyi müəyyən olunmuşdur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar